DÜNYA

05 Fevral

Avrozonada istehsalçı qiymətləri azalıb

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin dekabr ayı üçün Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin ÜFE məlumatlarını dərc edib.

Fins.az xəbər verir ki, Aİ-də ÜFE dekabr ayında əvvəlki ayla müqayisədə 0,9 faiz, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 10 faiz azalıb.

Avrozonada ÜFE dekabr ayında aylıq 0,8 faiz, illik bazda isə 10,6 faiz azalıb.

Bazar gözləntiləri Avrozonada ÜFE-nin aylıq 0,8 faiz, illik isə 10,5 faiz azalacağı idi.

Aİ ölkələri arasında ÜFE illik bazda ən çox azalan İrlandiyada 43,5%, 20,5% və Bolqarıstanda 19,8% olub. İllik ÜFE Lüksemburqda 20,2 faiz, Slovakiyada 13,3 faiz və Sloveniyada 2 faiz artıb.

Aylıq bazda ÜFE Yunanıstanda 1%, Belçikada 0,5 faiz artarkən, İrlandiyada 12%, Hollandiyada 1,8% və Estoniyada 1,4% azalıb.

Günel Məlikzadə
Fins.az