Pentaqonun sözçüsü Pat Ryder bazar ertəsi Bloomberg TV-yə deyib: “Qüvvələrimizi qarşıdakı dövrdə qorumaq üçün nə lazımdırsa edəcəyik. Amma son nəticədə biz daha böyük münaqişə istəmirik, biz regional təhlükəsizliyi və sabitliyi təmin etməyi hədəfləyirik”, - deyə o bildirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken də Yaxın Şərqin ən azı 1973-cü ildən bəri ən təhlükəli şərtlərlə üzləşdiyini ifadə edərək, “Yaxın Şərqdə çox qeyri-sabit dövrlər yaşayırıq” deyib.
İrana sərt cavab vermək üçün Bayden administrasiyasına təzyiqlər artır. Trampın tərəfdarı respublikaçı senator Lindsi Qrem deyib: “İranı indi vurun. "Onlara sərt cavab verin" dedi.
Analitiklərin fikrincə, birbaşa İranı vurmaq düzgün variant deyil. Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Suzanne DiMaggio'ya görə, ən çox ehtimal olunan cavab ABŞ-ın İrandan kənarda, lakin İranla əlaqəli hədəfləri vurması olacaq. DiMaggio bildirib ki, İrana birbaşa hücum genişmiqyaslı müharibəyə gətirib çıxarmaq riski daşıyır.
Modad Geopolitics-in prezidenti Firas Modadın sözlərinə görə, ABŞ-ın yalnız pis variantları var. Modad bəyan edib ki, İrana birbaşa cavab enerji qiymətlərinin artmasına və ciddi hərbi itkilərə səbəb ola bilər.
Günel Məlikzadə
Fins.az