DÜNYA

29 Yanvar

İran: Regiondakı müqavimət qüvvələri öz qərar və hərəkətlərində İrandan göstəriş almırlar

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani bildirib ki, Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumla bağlı bölgədəki “müqavimət qrupları” İrandan təlimat almayıb.

Fİns.az xəbər verir ki, Kenani açıqlamasında "Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır" deyib. 

Tehran rəhbərliyinin münaqişələrin bölgəyə sıçramasını istəmədiyini qeyd edən Kenani, məsələ ilə bağlı ölkəsinə qarşı irəli sürülən iddiaların arxasında “ABŞ-ı bölgədə müharibəyə çəkmək istəyənlərin” olduğunu iddia edib.

ABŞ dünən Ağ Evdən edilən yazılı açıqlamada prezident Co Bayden İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin həyatını itirdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 34 nəfərin yaralandığını bildirib.

İordaniya Hökumət ABŞ qüvvələrinə hücumun ölkə ərazisində olmadığını bildirib. Suriya bunun sərhəddəki Tenef bazasında baş verdiyini açıqlayıb.

Günel Məlikzadə
Fins.az