DÜNYA

29 Yanvar

Yaxın Şərqdə yeni gərginlik

Bayden müxtəlif tədbirlərə qatılmaq üçün getdiyi Cənubi Karolinada jurnalistlərə açıqlama verib.

Fins.az xəbər verir ki, İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatının (PUA) hücumu və 3 ABŞ əsgərinin ölümündən sonra Bayden "Dünən gecə Yaxın Şərqdə çətin bir gün keçirdik" dedi. 

"Biz hücumda üç cəsur canımızı itirdik" deyən Bayden, qısa bir sükutdan sonra "cavab verəcəyik" dedi. 

Bu gün Ağ Evdən edilən yazılı açıqlamada ABŞ prezidenti Co Bayden ilk olaraq İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin həyatını itirdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 25 nəfərin yaralandığını bildirib.

Günel Məlikzadə
Fins.az