DÜNYA

26 Yanvar

ABŞ Ərdoğanın İsveç qərarından məmnundur

ABŞ Dövlət Katibi Antoni Blinken Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyü protokoluna dair Prezident fərmanını imzalamasını və müvafiq protokolun təsdiqini alqışladıqlarını bildirib.

Fins.az xəbər verir ki, Blinken "X" sosialmedia hesabından verdiyi açıqlamada, "Türkiyə prezidenti Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu təsdiq etməsini alqışlayırıq " dedi.

İsveçin iştirakı ilə bağlı sənədlərin Vaşinqtona çatmasını və İsveçin NATO-nun 32-ci üzvü olmasını səbirsizliklə gözlədiklərini qeyd edən Blinken, "İsveç və Alyansın (NATO) birlikdə daha güclü olduğunu" qiymətləndirdi.

Dünən verilən açıqlamada deyilirdi ki, “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan İsveçin Şimali Atlantika Müqaviləsinə qoşulması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanunun dərc edilməsinə qərar verib və bununla bağlı Prezident fərmanı imzalayıb. İsveçin NATO-ya üzvlük protokolu və müvafiq protokolu təsdiqlədi".

Günel Məlikzadə
Fins.az