ABŞ-ın Alabama ştatında qətlə görə edam cəzasına məhkum edilən Eugene Smith adlı məhbus azot qazı ilə zəhərlənərək edam edilib.
Fins.az xəbər verir ki, Smit hökmü bu şəkildə edam edilən ilk ölüm cəzası məhbusu kimi qeydə alınsa da, təcrübə insan hüquqları ilə bağlı müzakirələrə də səbəb oldu.
Bu, ölüm hökmünün tətbiq olunduğu ölkələrdən biri olan ABŞ-da bir ilk idi. Alabama ştatında törətdiyi cinayətə görə ölüm cəzasına məhkum edilən Eugene Smith adlı məhbus azot qazı ilə zəhərlənərək edam edilib.
Alabama həbsxanasının sözçüsü Kelli Betts eksklüziv açıqlamasında deyib, Azot qazı maskası taxılan Smit yerli vaxtla 20.25-də dünyasını dəyişib. “Azot hipoksiyası” kimi tanınan yeni edam təcrübəsi ABŞ-da olduğu kimi dünyada da bir ilk olaraq qeydə alınıb. 1989-cu ildə bir din xadiminin həyat yoldaşı Elizabet Senneti qatil kimi qətlə yetirməkdə təqsirli bilinən 58 yaşlı Smitə verilən ölüm hökmü 2022-ci ildə ölümcül iynə vurularaq icra olunmağa çalışılıb. Smitin venadaxili xəttini tapmaq mümkün olmadığı üçün edam təxirə salınıb.
Azot qazından ölüm hökmünün icrasında istifadə olunması ictimaiyyətin müxtəlif təbəqələrinin reaksiyasına səbəb olub. Hüquq müdafiəçiləri əvvəllər sınaqdan keçirilməyən bu üsula qarşı çıxıblar.
Smitin vəkilinin edamın dayandırılması tələbi də Federal Məhkəmə tərəfindən rədd edilib.
BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı isə daha əvvəl istifadə edilməmiş bir edam üsulunun işgəncə və ya qeyri-insani təcrübə ola biləcəyini ifadə edərək, azot qazı ilə edamların dayandırılmasını istəyib.
Günel Məlikzadə
Fins.az