DÜNYA

24 Yanvar

Afrikanın ən zəngin adamı

Forbes jurnalının dərc etdiyi "2024 Afrikanın ən zəngin adamları" siyahısında bu il nigeriyalı Aliko Danqote birinci yerdədir.

Fins.az xəbər verir ki, 2023-cü ildə sərvətini 400 milyon dollar artıraraq 13,9 milyard dollara çatdıran Danqote 13-cü dəfə siyahıda birinci olub.

Varını sement istehsalı ilə qazanan Danqote, ölkəsindəki iqtisadi problemlərə baxmayaraq, maliyyə aktivlərini genişləndirib.

Afrikanın ən varlı adamları siyahısında cənubi afrikalı İohan Rupert ikinci, cənubi afrikalı Nikki Oppenheymer isə üçüncü yerdə qərarlaşıb.

Misir, Əlcəzair, Mərakeş, Zimbabve və Tanzaniyadan olan adlardan ibarət 20 nəfərlik siyahının ümumi sərvətinin 82,4 milyard dollar olduğu bildirilib.

Günel Məlikzadə
Fins.az