DÜNYA

23 Yanvar

İsrail Qəzzada ən ağır itkisini verib

İsrail ordusu blokada altındakı Qəzza zolağında davam edən qarşıdurmalarda daha 21 əsgərinin həlak olduğunu bildirib.

Fins.az xəbər verir ki, İsrail Ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransında bildirib ki, Qəzzanın mərkəzi hissələrində, İsrail sərhədinə yaxın ərazidə İsrail qüvvələrinə aid bir tank raket atəşi ilə hədəfə alınıb.

Həcəri, bu arada hücumun baş verdiyi bölgədə iki binada partlayışın baş verdiyini və binaların dağıldığını bildirib.

Partlayış zamanı İsrail qüvvələrinin söz mövzusu iki binanın içində və yaxınlığında olduğunu ifadə edən Həcəri, hücumda 21 əsgərin öldüyünü, indiyədək 10 əsgərin adının açıqlandığını qeyd edib.

Günel Məlikzadə
Fins.az