DÜNYA

22 Yanvar

Fələstin Qızıl Aypara: İsrail Xan Yunisdəki sığınacaq mərkəzlərini hədəf alıb

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində sığınacaq mərkəzlərinə endirdiyi hava zərbəsi nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb.
Fins.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti məsələ ilə bağlı yazılı açıqlama verib.

İsrail qüvvələrinin sığınacaq mərkəzlərini bombalaması nəticəsində ölən və yaralananların olduğu bildirilib, Xan Yunusdakı qərargahlarının mühasirəyə alınması səbəbindən təcili yardım maşınlarının yaralıları çıxarmaq üçün hərəkət edə bilmədiyi qeyd edilib.

Xan Yunusun qərbində yerləşən El-Məvasi bölgəsində 4 sığınacaq mərkəzinin hava hücumlarının hədəfi olduğu məlumatı paylaşılıb. Bu mərkəzlər Aksa Universiteti, universitet müəllimləri, Xalidiyə Məktəbi və Əl-Məvasi Məktəbidir.

Fələstin Qızıl Ayparası bu gün Xan Yunisdəki komandası ilə əlaqənin tamamilə kəsildiyini açıqlayıb.

İsrail ordusu səhər saatlarından etibarən Xan Yunisə havadan və qurudan hücumlar təşkil edir.

Günel Məlikzadə
Fins.az