DÜNYA

19 Yanvar

İspaniyada tarixin ən pis quraqlığı

İspaniyanın Barselona şəhərindəki duzlu suyun duzsuzlaşdırılması zavodu rekord quraqlığın yaşandığı ölkədə tam gücü ilə işləyir.

Fins.az xəbər verir ki, Barselonada duzlu suyu içməli suya çevirən bu obyekt Avropanın ən böyüyüdür.

2009-cu ildə istifadəyə verilən obyekt 4,5 milyon insanın suya olan tələbatını ödəyir. 

Barselonanın yerləşdiyi Kataloniya bölgəsində su ehtiyatlarında doluluq nisbəti 16 faizə düşüb.

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadasında son 1200 ilin ən pis quraqlığı yaşanır.

Digər tərəfdən, İspaniya hökuməti kənd təsərrüfatı və turizm sektorlarında su istifadəsini məhdudlaşdıran onlarla tədbir elan etdi.

Bu çərçivədə bəzi yaşayış məntəqələrinə verilən suyun miqdarı azaldılıb, otellərin boş hovuzları doldurması qadağan edilib.

Günel Məlikzadə
Fins.az