DÜNYA

21 Yanvar

Sony/Toshimoto: İnkişaf etməkdə olan ölkələrin potensialı böyükdür

"Bu il Hindistan, Afrika və Yaxın Şərqdən çoxlu iştirakçı var. Bu bölgələr çox daha vacib bazarlara çevrilir", - Mitomo bildirib.

Fins.az xəbər verir ki, Sony Qrupunun vitse-prezidenti Toshimoto Mitomo Davosda Bloomberg HT-nin suallarını cavablandırıb.

Gələcəyin sahibkarlarına kömək etmək istədiklərini ifadə edən Toşimoto, “Onların bir növ rəhbərliyə və ortaqlığa ehtiyacları var. Biz böyük şirkətik; həm də fərdi sahibkarların ehtiyaclarını anlamağa çalışırıq. Afrika tərəfində biz Dünya Bankı ilə işləyirik. Biz onların böyüməsinə kömək etmək istəyirik. Belə olarsa, yeni istedadlarla etimad çərçivəsində əlaqələr qura və qarşılıqlı yüksəlişə nail ola bilərik. İnkişaf etməkdə olan ölkələrin potensialı böyükdür" deyib.

Günel Məlikzadə
Fins.az