DÜNYA

18 Yanvar

İran: Pakistanın hücumu nəticəsində mülki şəxslər ölüb

İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin qubernatorunun müavini Əli Rza Merhameti bildirib ki, Pakistan səhər saatlarında vilayətin sərhəd bölgəsindəki kəndə raket hücumu edib.

Fins.az xəbər verir ki, İran rəsmisi: “Bu hücumda 3 qeyri-iranlı qadın və 4 uşaq həyatını itirib” dedi.

Merhameti vilayətin Seravan şəhərində də partlayış baş verdiyini, lakin can itkisinin olmadığını bildirib.

Günel Məlikzadə
Fins.az