Geo News televiziyasına danışan Yanq Pakistan və İranın regionun və İslam dünyasının iki böyük ölkəsi olduğuna işarə edərək, Pekin rəhbərliyinin İslamabad və Tehran arasındakı fikir ayrılıqlarının danışıqlar və digər sülh yolu ilə həll olunacağına ümid etdiyini vurğulayıb.
Fins.az xəbər verir ki, Yanq bəyan edib ki, ölkəsi Pakistan və İran arasında gərginliyin azaldılmasında konstruktiv rol oynamaq istəyir.
Pakistan Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında İranın Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə” qarşı yüksək koordinasiyalı və xüsusi dəqiqliklə hədəflənmiş bir sıra hərbi hücumların həyata keçirildiyini açıqlayıb.
Günel Məlikzadə
Fins.az