DÜNYA

18 Yanvar

ABŞ-ın husilərə qarşı hücumu davam edir

ABŞ Mərkəzi Komandanlığı (Centom) son günlər Qırmızı dənizdəki hərəkətləri ilə gündəmə gələn qrupa qarşı hücum edildiyini açıqlayıb. Bu, ABŞ-ın təxminən bir həftə ərzində Husilərin hədəflərini dördüncü dəfə vurmasıdır.

Fins.az xəbər verir ki, “Qırmızı dənizdə naviqasiya azadlığını qorumaq və ABŞ və tərəfdaş dəniz nəqliyyatına hücumların qarşısını almaq üçün Entom qüvvələri Yəməndə iranpərəst husilərin nəzarətində olan ərazilərə atılmağa hazır olan 14 raket buraxılış qurğusunu vurub”.

Açıqlamada vurulan raketlərin bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər üçün ciddi təhlükə yaratdığı bildirilib və raketlərin hər an buraxıla biləcəyinə diqqət çəkilib.

Bəyanatda qeyd edilir ki, hücumlar husilərin Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzində beynəlxalq və ticarət gəmiçiliyinə “ehtiyatsız hücumlarını davam etdirmək qabiliyyətini” zəiflədəcək.

Günel Məlikzadə
Fins.az