DÜNYA

17 Yanvar

Zambiyada vəba epidemiyasına qarşı peyvənd kampaniyası başladılıb

Milli mətbuatda yer alan xəbərə görə, ölkədə vəba epidemiyası ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göndərdiyi ağızdan vəba peyvəndi ilə epidemiya ilə mübarizə aparılır. Peyvənd kampaniyasına start verildi.

Fins.az xəbər verir ki, Səhiyyə naziri Silvia Masebo kampaniyanın açılışında verdiyi açıqlamada vəba epidemiyasının intensiv olduğu bölgələrdə insanların peyvənd edilməsinin prioritet olduğunu bildirib.

Vəba hallarının getdikcə azaldığını və bunun yaxşı əlamət olduğunu bildirən Masebo insanları evdə müalicəni dayandırmağa və təcili olaraq xəstəxanaya aparmağa çağırıb.

Masebo, Lusakada son 24 saatda 23 ölüm hadisəsinin qeydə alındığını, bunların əksəriyyətinin 5 yaşdan kiçik uşaqlar və qocalar olduğunu bildirib.

Zambiyada 2023-cü ilin oktyabr ayından bəri vəba epidemiyası səbəbindən 400-ə yaxın insan həyatını itirib.

Günel Məlikzadə
Fins.az