DÜNYA

17 Yanvar

İsrail Xan Yunisə hücum edib

Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərə görə, havadan və qurudan edilən hücumlarda onlarla fələstinli yaralanıb.

Fins.az xəbər verir ki, işğal müharibə  təyyarələri hava zərbələri və artilleriya atəşi ilə Xan Yunisin qərbindəki fələstinlilərin evlərini hədəfə alıb.

Hücumlarda 13 fələstinli həyatını itirib.

İsrailin Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Nasser xəstəxanası və Amal xəstəxanasını bombalaması xəstəxanalara ciddi ziyan vurub.

Günel Məlikzadə
Fins.az