DÜNYA

16 Yanvar

ABŞ-dan Qırmızı dəniz xəbərdarlığı

Husi yaraqlılarının ABŞ-a məxsus ticarət gəmisini ballistik raketlə vurmasından sonra dünyanın əsas ticarət arteriyalarından biri olan Qırmızı dənizdə gərginlik yenidən artıb.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Centcom-un açıqlama verərək bildirib ki, gəmi hücumdan sonra ciddi zədələrdən çətinliklə xilas olub və kursuna davam edib.

Dünyanın ən böyük gəmiçilik birliyi olan Bimco, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən Qırmızı dənizdən istifadə etməmələri ilə bağlı xəbərdarlıq edildiyini bildirdi.

Qətər Avropaya LNG daşıyan gəmilərin Qırmızı dəniz yolundan qaçacağını da bəyan edib. İran isə Qasım Süleymaninin məzarına edilən bombalı hücuma cavab olaraq Suriya və Şimali İraqdakı hədəflərə raket zərbələri endirib.

Günel Məlikzadə
Fins.az