DÜNYA

16 Yanvar

Tramp Ayova ştatında keçirilən seçkilərdə qalib gəlir

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri yarışı bu gün başlasa da, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ayova ştatında Respublikaçılar Partiyasının praymerizində rahatlıqla qalib gəldiyi bildirilir.

Fins.az xəbər verir ki, ABŞ-da ənənəvi olaraq prezident seçkiləri yarışının başladığı Ayova ştatında Respublikaçı namizədləri bir-birinə qarşı qoyan praymeriz başa çatıb.

AP xəbər agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə görə, Tramp Ayova ştatında qalib gələrək rəqibləri Florida qubernatoru Ron DeSantisi və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylini geridə qoyub.

Kokus şəklində keçirilən praymerizdə qeyri-müəyyən nəticələrə görə, Tramp 51 faiz səslə rahat qələbə qazanıb.

DeSantis 21 faizdən bir qədər çox səslə ikinci, Heyli isə 19 faiz səslə üçüncü olub.

Günel Məlikzadə
Fins.az