DÜNYA

15 Yanvar

ABŞ-da Sakit okeana düşən təyyarənin axtarışları davam edir

ABŞ-da gecə yarısı hava limanı yaxınlığında Sakit okeana düşən təyyarənin axtarışları davam edir.

Fins.az yerli KRON TV-nin məlumatına istinadən xəbər verir ki, təyyarə gecə yarısı Kaliforniyanın San-Fransisko şəhərinin cənubunda yerləşən hava limanının yaxınlığında Sakit okeana düşüb.

Polis tərəfindən edilən açıqlamada təyyarənin qəzaya uğramasının ardından  ABŞ Sahil Mühafizəsi ilə yanaşı yanğınsöndürənlər də gəldiyi bildirilib.

Qəzaya uğrayan təyyarənin növü ilə bağlı məlumat paylaşmayan rəsmi, təyyarədə neçə nəfərin olduğu ilə bağlı heç bir açıqlama verməyib.

ABŞ Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, qəzaya uğrayan təyyarənin yerini müəyyən etməyə çalışdıqları və axtarış işlərinin davam etdiyi bildirilib.

Günel Məlikzadə
Fins.az