DÜNYA

12 Yanvar

ABŞ və Böyük Britaniya Yəmənə hücum edib

ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə havadan və dənizdən hücum edib. Ən azı 12 Husi hədəfi döyüş təyyarələri və Tomaqavk raketləri ilə vurulub. Hücumlar təyyarələr, gəmilər və sualtı qayıqlarla həyata keçirilib.
İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə İranın dəstəklədiyi husilərin ticarət gəmilərinə qarşı hərəkətlərindən sonra ABŞ və Böyük Britaniya hücuma qərar verib.

Fins.az xəbər verir ki, qərar Britaniyanın baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib.

ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hədəflərinə qarşı hücumlar təşkil etdiyi bildirilib.

ABŞ rəsmilərinə əsaslanan açıqlamada hücumların təyyarə, gəmi və sualtı qayıqlarla həyata keçirildiyi bildirilib.

Yəməndəki yerli mənbələrdən alınan məlumata görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi nöqtələrə hava zərbələri endirib.

Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın hücumlara dəstək verdiyi açıqlanıb.

Günel Məlikzadə
Fins.az