DÜNYA

12 Yanvar

Bayden Yəməndə husilərin hədəflərini vurduqlarını açıqlayıb

ABŞ prezidenti Bayden Qırmızı dənizdə hücumlarını davam etdirən husiləri hədəf alan hava hücumları ilə bağlı yazılı açıqlama verib.

Fins.az xəbər verir ki, Bayden açıqlamasında deyib: “Bu gün mənim göstərişimlə ABŞ hərbi qüvvələri Böyük Britaniya ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husi üsyançılarının istifadə etdiyi bəzi hədəflərə hava hücumu təşkil edib" dedi.

Hücumların husilərin Qırmızı dənizdəki hərəkətlərinə birbaşa cavab olduğunu ifadə edən Bayden, sonuncunun yanvarın 9-da baş verən və Husilərin birbaşa Amerikalıları hədəf aldığı bir sıra hücumlara beynəlxalq koalisiya ilə cavab verdiklərini qeyd etdi. 

Həm Husilərə qarşı bölgədə qurulan ABŞ-ın rəhbərlik etdiyi dəniz qüvvələrinə, həm də beynəlxalq ictimaiyyətin yanaşmasına diqqət çəkən Bayden, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında bir gün əvvəl alınan qərarı xatırladaraq, husilərə hücumlarına son qoymağa çağırdı.

"Yəməndəki bu hücumlar, ABŞ və müttəfiqlərinin dünyanın ən kritik ticarət marşrutlarından birində naviqasiya azadlığını təhlükəyə atmasına və şəxsi heyətimizi hədəfə almasına dözməyəcəyimizin açıq bir mesajıdır" qiymətləndirməsini paylaşan Bayden, lazım gələrsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyini vurğuladı.

Günel Məlikzadə
Fins.az