DÜNYA

11 Yanvar

Finlandiyanın Baş naziri Orpo Rusiya sərhədinin daha 1 ay bağlı qalacağını təsdiqləyib

Finlandiya İctimai yayımı YLE-yə açıqlama verən Orpo, sərhədi bağlı saxlamaq üçün "kifayət qədər" məlumatın olduğunu ifadə edərək, "Məndə olan məlumata görə, Rusiyada heç bir şey dəyişməyib. Məncə təhdid riski də dəyişməyib " qiymətləndirməsini etdi.

Fins.az xəbər verir ki, Rusiya sərhədin daha bir ay bağlı qalacağını təsdiqləyən Orpo ölkənin təhlükəsizliyini təmin etmək üçün daha çox hərəkətə ehtiyac olduğunu qeyd edib.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatını davam etdirəcəyinə dair “aydın işarələr və təhdidlər” olduğu müddətcə sərhədin açılmayacağını bildirən Orpo sərhədlə bağlı hökumət qərarı ilə bağlı qiymətləndirmələrin davam etdiyini bildirib.

Hökumətin yaxın günlərdə şərq sərhədi ilə bağlı yeni qərar verəcəyi gözlənilir.

Günel Məlikzadə
Fins.az