DÜNYA

11 Yanvar

Rusiya: "Ukrayna Rostov, Tula və Kaluqaya hücum cəhdləri edib"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatı (PUA) ilə Moskva yaxınlığındakı Rostov vilayəti, Tula və Kaluqa vilayətlərinə hücum etməyə cəhd etdiyini bildirib.

Fins.az  xəbər verir ki, nazirlikdən verilən açıqlamada Ukraynanın gecə və səhər saatlarında Rusiya ərazisinə qarşı həyata keçirdiyi “terror hücumu” cəhdinin qarşısı alındığı, iki təyyarə tipli PUA-nın Rostov vilayətində havada, Moskva yaxınlığındakı Tula və Kaluqa bölgələrində isə bir PUA-nın məhv edildiyi bildirilib. 

Günel Məlikzadə
Fins.az