DÜNYA

11 Yanvar

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb

İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 213-ə yüksəldiyi bildirilib.

Fins.az xəbər verir ki, 25 mindən çox insanın 400 təxliyyə məntəqəsində qaldığı, 3 min 100 nəfərin bağlı yollar səbəbiylə qapalı vəziyyətdə qaldığı, 60 minə yaxın evin elektrik enerjisinin kəsildiyi bildirilib.

Açıqlamada bölgədə baş verən zəlzələlərdə yaralanan 567 nəfərin müalicə aldığı qeyd edilib, xəbər olmayan 52 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb. Mərkəzi hökumət zəlzələ bölgəsində qapalı qalanlar üçün ətrafdakı Fukui, Toyama və Niigata əyalətlərində ümumilikdə 10 min nəfər üçün yaşayış məntəqələri hazırlayacağını açıqlayıb. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.

Günel Məlikzadə
Fins.az