DÜNYA

10 Yanvar

Çin bu il Aya "Chang'i 6" göndərəcək

Çin Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanması üçün bu ilin birinci yarısında "Chang'i 6" roverini işə salmaq üçün hazırlıqlara başlayıb.

Fins.az xəbər verir ki, Çin Milli Kosmos İdarəsindən verilən açıqlamaya görə, kəşfiyyat vasitəsinin komponentləri iki hərbi yük təyyarəsi ilə Hainan adasına daşınaraq buraxılışın baş tutacağı Vinçanq Kosmik Mərkəzinə gətirilib.

4 hissədən ibarət kəşfiyyat maşını burada yığıldıqdan sonra buraxılışqabağı yoxlamalar aparılacaq.

2024-cü ilin birinci yarısında buraxılması planlaşdırılan "Chang'i 6" roverinin məqsədi Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanmasıdır.

Günel Məlikzadə
Fins.az