DÜNYA

09 Yanvar

Avtomobil Ağ Evin xarici darvazasına çırpılıb, sürücü nəzarətə götürülüb

ABŞ-ın paytaxtı Vaşinqtonda avtomobil Ağ Evin xarici darvazasına çırpılıb, sürücü saxlanılıb.

Fins.az xəbər verir ki, ABŞ Məxfi Xidmətindən verilən açıqlamada, bazar ertəsi yerli vaxtla saat 18:00-a yaxın Vaşinqtonda bir avtomobilin Ağ Ev kompleksinin xarici darvazasına çırpıldığı açıqlanıb.

ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi hadisənin araşdırıldığını və sürücünün nəzarətə alındığını bildirib.

Hadisə zamanı ABŞ prezidenti Co Baydenin Ağ Evdə olmadığı öyrənilib.

Ağ Evdən hələlik heç bir açıqlama verilməyib.

Günel Məlikzadə
Fins.az