DÜNYA

09 Yanvar

Trampdan Makron təqlidi!

ABŞ-ın keçmiş prezidenti Donald Tramp praymerizlərə günlər qalmış mitinqlərini artırıb. Tramp Fransa prezidenti Emmanuel Makronun Ayova mitinqindəki çıxışını təqlid edib.

Fins.az xəbər verir ki, Tramp noyabrda keçiriləcək prezident seçkiləri kampaniyası çərçivəsində Ayova ştatında keçirilən mitinqdə çıxış edib. Prezidentliyi dövründə Makronla görüşünü xatırladan Tramp Amerika texnologiya şirkətlərinə vergi qoyacağını açıqlayanda Fransa prezidentinin ləhcəsini təqlid edib.

Tramp görüşdə bu vergi ilə bağlı qanunu geri götürməsə, həmin gecədən etibarən Fransadan ABŞ-a satılan bütün şərab və şampanlara 100 faiz vergi tətbiq edəcəyini söylədi. Bu sözlərdən sonra Tramp Fransa prezidentinin ləhcəsini təqlid edərək cavabını təqlid edib və Makronun təhdidindən dərhal bir addım geri çəkildiyini bildirib.

Günel Məlikzadə
Fins.az