DÜNYA

09 Yanvar

İtaliyada reaksiyalara səbəb olan "Nasist salamı" hərəkəti

İtaliyanın paytaxtı Romada 46 il əvvəl öldürülən üç neonasist Gənclik Cəbhəsi üzvünün xatirəsini anmaq üçün keçirilən tədbirdə yüzlərlə sağçı ekstremist birlikdə nasist salamı verib və xaosa səbəb olub.

Fins.az xəbər verir ki, müxalifət ifrat sağçı partiyaların bağlanmasına və araşdırma aparılmasına çağırıb.

Siyasət karyerasına neofaşist gənclər hərəkatlarında başlayan Baş nazir Giorgia Meloni hökumətindən hələlik heç bir açıqlama yoxdur.

Sözügedən görüntülər Romanın cənub-şərqində 1978-ci ildə Via Acca Larentia-da öldürülən keçmiş MSI (ifrat sağçı İtaliya İctimai Hərəkatı - Meloni partiyasının sələfi İtaliya Qardaşları) gənclər cəbhəsindən üç gəncin anım mərasimində çəkilib.  Qətllərin baş verdiyi keçmiş MSİ qərargahının qarşısına toplaşan yüzlərlə faşist öldürülən silahlıların adları oxunarkən “O sağdır” qışqıraraq əllərini faşist salamı ilə qaldırıblar.

Günel Məlikzadə
Fins.az