DÜNYA

08 Yanvar

Təkrar emal müəssisəsində yanğın olub - TÜRKİYƏ

Manisanın Yunusemre rayonunda təkrar emal müəssisəsində yanğın baş verib.

Fins.az xəbər verir ki, Muradiye Mütəşəkkil Sənaye Bölgəsində təkrar emal obyektində naməlum səbəbdən yanğın çıxıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib.

Yanğının səbəb olduğu tüstü geniş ərazidən görünür.

Digər tərəfdən, 22 iyun 2023-cü ildə eyni müəssisədə yanğın baş vermiş və qrupların müdaxiləsi ilə söndürülmüşdür.

Günel Məlikzadə
Fins.az