DÜNYA

08 Yanvar

Budur Qırğızıstanın yeni bayrağı

Dizaynı dəyişdirilən Qırğızıstanın bayrağı paytaxt Bişkekdə təşkil edilən mərasimlə qaldırılıb.

Fins.az xəbər verir ki, Qırğızıstan Milli Məclisin sədri Nurlanbek Şakiyev və Nazirlər Şurasının sədri Kilitbek Çaparovun iştirakı ilə Ala-Too meydanında dizaynı dəyişdirilən ölkənin bayrağının ucaldılması mərasimi keçirilib.

Hərbi orkestr Qırğızıstanın Dövlət Himnini səsləndirərkən əsgərlər nəhəng bayrağı qaldırıblar.

Parlamentin sədri Şakiyev və deputat Ulan Primov tərəfindən hazırlanan “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında qanuna dəyişiklik edilməsi haqqında” təklifi 22 dekabr 2023-cü il tarixində prezident Sadır Coparov təsdiqləyib. Buna uyğun olaraq ölkə bayrağındakı dalğavari günəş şüaları yastılaşdırılıb və ortadakı motivdəki xətlərin sayı artırılıb.

Günel Məlikzadə
Fins.az