DÜNYA

07 Yanvar

ABŞ dövlət katibi Blinken: Qəzzada olanlar üçün vəziyyət ciddi olaraq qalır

ABŞ dövlət katibi Antoni Blinken Qəzzada bir çox insanın əsas ehtiyaclara çatmaqda çətinlik çəkməyə davam etdiyini ifadə edərək, "Qəzzada kişi, qadın və uşaqlar üçün vəziyyət ciddi olaraq qalır" dedi.

Fins.az xəbər verir ki, Blinken sosial media platforması X hesabında video paylaşıb.

Blinken bölgədəki tərəfdaşları ilə Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərqə səfər etdiyini qeyd edərək, “Bunlar asan dialoqlar deyil, lakin həm Qəzzanın gələcəyi üçün bu diplomatiyanı indi həyata keçirməyimiz çox vacibdir” qiymətləndirməsini etdi.

2023-cü il oktyabrın 7-dən etibarən 4-cü dəfə bölgəyə getdiyini bildirən Blinken ilk gündən münaqişənin yayılmasının qarşısının alınmasına diqqət ayırdıqlarını bildirib.

Səfəri çərçivəsində tərəfdaşları ilə münaqişənin yayılmasının qarşısını almaq üçün nələrin görülə biləcəyini müzakirə edəcəklərini vurğulayan Blinken mülki şəxslərin müdafiəsi, humanitar yardımların artırılması və qalan əsirlərin azad edilməsi məsələlərini müzakirə edəcəklərini qeyd edib.

Günel Məlikzadə
Fins.az