DÜNYA

07 Yanvar

Bayden əvvəlcə Trampı hədəf alıb

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyasına doğulduğu Pensilvaniya ştatında başlayan prezident Co Bayden ilk çıxışında keçmiş prezident Donald Trampı hədəf alıb.

Fins.az xəbər verir ki, ilin sonunda keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından mümkün rəqibi Donald Trampı “Amerika demokratiyası üçün əsas təhlükə” kimi təyin edən Bayden çıxışının böyük hissəsini 2021-ci il yanvarın 6-da Konqresdəki basqına həsr edib.  “O gün ABŞ-ı demək olar ki, tamamilə itirdik” deyən Bayden seçkinin həm də demokratiya üçün bir sınaq olduğunu vurğuladı. Sələfini nasist Almaniyasının dilindən istifadə etməkdə günahlandıran Bayden təzyiqlərin arxasında duran adın Tramp olduğunu hamının bildiyini bildirib. O, “2024-cü il seçkilərində demokratiya və azadlığınız bülletendə olacaq” deyərək seçicilərdən dəstək istəyib.

Donald Trampın Baydenin sözlərinə reaksiyası dərhal oldu. Özünü Amerika demokratiyası üçün böyük təhlükə kimi qələmə verən rəqibini “təəssüfedici qiyamət adamı” kimi ittiham edən Donald Tramp, Baydenin çıxışında Amerika xalqını narahat edən bir məsələyə də toxunmadığını bildirib. Co Baydenin çıxışı boyu kəkələdiyini iddia edən Tramp rəqibini ələ salıb. Sabiq prezident çıxışında Konqresə basqınla əlaqəsi olduğu iddiası ilə həbsxanaya salınan şəxslərə də toxunub və bu şəxslərin “girov” olduğunu müdafiə edib.

Günel Məlikzadə
Fins.az