DÜNYA

06 Yanvar

Uçan təyyarənin qapısı partlayıb!

ABŞ-a məxsus sərnişin təyyarəsinin havada uçarkən qapısı partlayıb. Təyyarə təcili eniş etməli olub. Sərnişinlər panikaya düşdü.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsi səmada çaxnaşma anlarına ev sahibliyi edib. Təyyarənin qapısı və boş oturacağı havada olarkən partlayıb. Təyyarə təzyiqi itirərək Oreqon ştatında təcili eniş etməli olub. 

Havada dəhşətli anlar yaşandı. Portlenddən Kaliforniyaya uçan təyyarədə 174 sərnişin və 6 ekipaj üzvü olub. Çıxış qapısının və ona bitişik boş oturacağın havada partlaması nəticəsində təyyarə ciddi təzyiq itkisi ilə üzləşib. Alaska Airlines 1282 reysi Portlend Beynəlxalq Hava Limanında məcburi təcili eniş etməli olub.

Bu qəza nəticəsində xəsarət alanların olub-olmadığı hələ də bəlli deyil. Səlahiyyətlilər təyyarənin qapısının və boş oturacağının niyə partladığını araşdırır. Bu hadisədən sonra sərnişinlər panikaya düşüb. Sərnişinlərdən bəziləri havada panik anlarını həvəskar mobil telefon kameraları ilə lentə alıb.

Günel Məlikzadə
Fins.az