DÜNYA

29 Dekabr

Ukrayna: Rusiya müxtəlif bölgələrə, xüsusilə Kiyevə intensiv raket hücumları həyata keçirib

Bildirilib ki, Rusiya bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə, eləcə də Xarkov, Lvov, Odessa, Zaporojye və Dnepr şəhərlərinə intensiv raket hücumu həyata keçirib.

KiyevŞəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko administrasiyanın sosial media  hesabında verdiyi açıqlamada, "Rusiyanın səhər saatlarında paytaxt Kiyevə raket hücumu həyata keçirdiyini, evlərə və avtomobillərə ziyan dəydiyini, anbar binasının dağıldığını, yanğın çıxdığını bildirdi.

Fins.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial mediya hesabındakı paylaşımında Rusiyanın səhər saatlarında həyata keçirdiyi hücumlar nəticəsində Kiyevdə 7 nəfərin yaralandığını, anbar binasında yanğının baş verdiyini və metronun “Lukyanivska” stansiyasına ziyan dəydiyini bildirib.

Kliçko, Kiyevin Şevçenko rayonunda raket hissələrinin düşməsi nəticəsində zədələnən anbarın dağıntıları altında 3 nəfərin qaldığını bildirərək, 3 nəfərin xilas edildiyini, hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib. 

UkraynaDaxili İşlər Nazirliyi Kiyevdə 2 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib.

Günel Məlikzadə
Fins.az