DÜNYA

29 Dekabr

Qlobal dövlət borcu 97 trilyon dollara çatıb

Qlobal dövlət borcu keçən illə müqayisədə 5,4 faiz artaraq 97 trilyon dollara çatdığı halda, ABŞ təxminən 33 trilyon dollarla dünyanın ən çox borcu olan dövlətidir.

Fins.az xəbər verir ki, yeni tip korona virusu(Covid-19) epidemiyası ilə dünyanın əksər hökumətləri məşğulluq bazarını qorumaq və iflas dalğalarının qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirdi. 

Xərclər əhəmiyyətli dərəcədə artsa da, xüsusilə səhiyyə, sosial sahələr və məşğulluğun dəstəklənməsi üçün verilən stimullarla hökumətlər xərclərin maliyyələşdirilməsi üçün böyük məbləğdə borc götürdülər ki, bu da dövlət borcunun sürətlə artmasına səbəb oldu.

Bu dərəcələr dövlət borclarını daha cəlbedici etsə də, xüsusilə inkişaf etmiş ölkələrdə qocalmış əhali üçün səhiyyə xidmətləri və təqaüdçü maaşlara olan xərclərin artması dövlət büdcələrinə də təzyiq göstərirdi ki, bu da bu xərcləri ödəmək üçün borclanma yükünü artırdı.

Rusiya ilə Ukrayna arasında baş verən müharibə qlobal enerji  qiymətləri üzərində yuxarı təzyiq yaradarkən, enerji xərclərini öz vətəndaşlarına ötürməmək üçün subsidiyaları gücləndirib, 

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, Covid-19-dan əvvəl 2019-cu ildə 74 trln.dollar2023-cü il səviyyəsində olan qlobal dövlət borcu 2019-cu ilə nisbətən 32,8 faiz, keçən illə müqayisədə isə 5,4 faiz artaraq ötən ay 97 trilyon dollara çatıb.

Günel Məlikzadə
Fins.az