DÜNYA

28 Dekabr

Şimali Koreya lideri əmr verib: Müharibəyə hazırlığı sürətləndirin

Şimali Koreya lideri Kim Çen In ordusuna ABŞ-ın hərəkətlərinə qarşı müharibə hazırlığını sürətləndirməyi əmr edib.

Fins.az xəbər verir ki, ABŞ- la nüvə silahı və sursat gərginliyi davam edən Şimali Koreya müharibəyə hazırlıqlarını sürətləndirir.

Şimali Koreya dövlət mediasının bu gün verdiyi bəyanatda, Şimali Koreya lideri Kim Çen Inın orduya, hərbi sursat sənayesinə və nüvə silahı sənayesinə "ABŞ-ın görünməmiş qarşıdurma hərəkətlərinə" qarşı çıxmaq üçün müharibə hazırlıqlarını sürətləndirməyi əmr etdiyi açıqlanıb.

Koreya İşçi Partiyasının Baş Assambleyasının iclasında yeni il üçün siyasət istiqamətləri barədə danışan Kimin “anti-imperialist, müstəqil ölkələr”lə də strateji əməkdaşlığı genişləndirəcəyi bildirilib.

Görüşdə Kimin iqtisadi hədəflərə də toxunduğu qeyd edilərkən, Şimali Koreya liderinin 2024-cü ili ölkənin 5 illik inkişaf planını reallaşdırmaq üçün “həlledici il” olaraq xarakterizə etdiyi bildirilib. Kimin kənd təsərrüfatı istehsalının yüksək səviyyədə sabitləşdirilməsinə çağırdığı da bildirilib.

Günel Məlikzadə
Fins.az