DÜNYA

27 Dekabr

Zimbabvedə fevraldan bəri 13 mindən çox vəba hadisəsi aşkar edilib

Yerli mətbuatın məlumatına görə, Zimbabvedə vəba epidemiyasına yoluxanların sayı 13 min 176-ya yüksəlib.

Fins.az xəbər verir ki, dekabr ayında ölkədaxili səyahətlərin artması səbəbindən epidemiya artarkən, başda paytaxt Harare olmaqla ölkənin 55 bölgəsində vəba xəstəliyi aşkarlanıb.

İndiyədək epidemiyadan 221 nəfər ölüb. Səlahiyyətlilər vətəndaşları vəba epidemiyasına qarşı tədbir görməyə və gigiyenaya diqqət yetirməyə çağırıb.

Dekabrın 17-də Zimbabvenin paytaxtı Hararedə vəba epidemiyası ilə əlaqədar Fövqəladə vəziyyət elan edildi.

2008-ci ildə ölkədə 100 mindən çox vəba hadisəsinin qeydə alındığı əsas epidemiyada ən azı 4 min insan həyatını itirib.

Günel Məlikzadə
Fins.az