DÜNYA

27 Dekabr

Çindən "Tayvanla birləşməyə nail olacağıq" mesajı

Çin Prezidenti Si Jinping Çinin üzərində suverenlik mübahisəsi olan Tayvanın materiklə birləşməsini "qaçılmaz bir tendensiya" və "haqlı səbəb" olaraq səciyyələndirdi və birləşməyə nail olmaq üçün separatizmin qarşısını "hər cür lazımi vasitə ilə" alacaqlarını bildirdi.

Fins.az xəbər verir ki, Si çinli Xalq Cümhuriyyətinin qurucusu Mao Zıdunun anadan olmasının 130-cu ildönümü ilə bağlı Böyük Xalq Salonunda keçirilən simpoziumda çıxışındaTayvan probleminə də yer verdi.

Çinin yenidən birləşməsinin "qaçılmaz tendensiya", "Çin millətinin ədalətli işi" və "xalqın istəyi" olduğunu vurğulayan Si deyib: "Vətənimiz yenidən birləşməlidir və təbii ki, yenidən birləşdiriləcək". 

Si bildirib ki, Tayvanı Çindən ayırmaq istəyənlərin qarşısını “hər vasitə ilə” alacaqlar.

Günel Məlikzadə
Fins.az