DÜNYA

23 Dekabr

Bu ölkə üç il ərzində 450 min əcnəbi işçiyə yaşayış icazəsi verəcək

İtaliya üç il ərzində 450 min işçiyə yaşayış icazəsi verəcəyini vəd edir. Ölkənin Ticarət Palatalarının prezidentinin sözlərinə görə, bu rəqəm 1 milyon olmalıdır.

Fins.az xəbər verir ki, Avropa ölkələrinin qeyri-qanuni immiqrasiyaya qarşı tədbirləri sərtləşdirdiyi bir vaxtda İtaliya üç il ərzində 450 min əcnəbi işçiyə yaşayış icazəsi verəcəyini vəd edir. 

2025-ci ilə qədər davam etməsi planlaşdırılan bu kvotanın təxminən 50 mini dekabrın əvvəlində açılıb. Kənd təsərrüfatı, tikinti, fərdi xidmət və turizm sahələrində çoxlu sayda işçi qəbul edildi. 

Bu, immiqrasiyanı azaldacağını vəd edən hökumət üçün paradoksal tədbir kimi qiymətləndirilsə də, Avropanın bir çox ölkəsinin xarici işçi qüvvəsinə ehtiyacı var. 

Qeyri-qanuni immiqrasiyaya son qoyacağına söz verən baş nazir Giorgia Meloni isə əksinə, xarici işçi qüvvəsinin yolunu açıb. 

Günel Məlikzadə
Fins.az