DÜNYA

21 Dekabr

Qırmızı dənizə təhlükəsizlik dəhlizi

Qlobal ticarətin mühüm yollarından biri olan Qırmızı dənizdə husilərin hücumuna qarşı tədbirlər müzakirə olunmağa davam edir.

Fins.az Financial Times qəzetinin yazdığına istinadən xəbər verir ki, ABŞ və onun müttəfiqləri ticarət gəmilərinin Qırmızı dənizdən keçməsi üçün təhlükəsizlik dəhlizi yaratmağı planlaşdırır. Bu dəhlizlə husilərin pilotsuz uçan aparatı və raket hücumlarına qarşı qalxan yaradılacaq. Gəmiləri hərbi gəmilərlə müşayiət etmək nəzərə alınmır. Husi yaraqlıları gəmilərə hücumlarını davam etdirəcəklərini açıqlayıblar. İranın dəstəklədiyi qrup ABŞ-ın onun bazalarına hücum edəcəyi təqdirdə qisas alacağını açıqlayıb.

Neft qiymətləri isə Qırmızı dənizdəki kommersiya böhranına baxmayaraq ABŞ-da təklifin artması səbəbindən aşağı düşür. Brent müqaviləsi 0,7 faiz ucuzlaşaraq 79,2 dollar olub. Çərşənbə günü ABŞ-da açıqlanan məlumatlara görə, ölkənin neft hasilatı gündəlik 13,3 milyon barellə yeni rekord səviyyəyə çatıb.

Günel Məlikzadə
Fins.az