DÜNYA

21 Dekabr

Bayden administrasiyası Çin üçün tariflər hazırlayır

Bayden administrasiyası elektriklə işləyən avtomobillər də daxil olmaqla, Çin istehsalı olan bir sıra məhsullara tarifləri artırmağı düşünür.

Fins.az xəbər verir ki, Wall Street Journal-ın məsələ ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq verdiyi məlumata görə, hazırda Çin elektrik avtomobillərinə tətbiq edilən tarif 25 faizə qədər artırıla bilər. Bundan əlavə, ABŞ günəş enerjisi məhsulları və elektrikli nəqliyyat vasitələrinin akkumulyator paketləri üçün potensial tarif artımlarını qiymətləndirir.

Trump dövründə təxminən 300 milyard dollarlıq Çin məhsullarına tariflər tətbiq edildi və Bayden administrasiyası bu tarifləri dəyişdirmək üçün hələ heç bir addım atmadı. WSJ-nin məlumatına görə, Ağ Evin uzunmüddətli tarif qiymətləndirmələri gələn ilin əvvəlində yekunlaşa bilər.

Günel Məlikzadə
Fins.az