DÜNYA

20 Dekabr

BMT-də keçiriləcək səsvermə ikinci dəfə təxirə salınıb

Səsvermənin veto hüququna malik olan ABŞ-ın razılaşdırıla bilməməsi səbəbindən təxirə salındığı və ikinci təxirə salınmış səsvermənin dekabrın 20-də keçirilməsinin planlaşdırıldığı bildirilib.

Fins.az xəbər verir ki, İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibədə Təl-Əviv rəhbərliyi Qəzzaya ağır zərbələr endirməkdə davam edir. BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) humanitar yardımın maneəsiz çatdırılması üçün münaqişələrin dayandırılmasını tələb edən qətnamə layihəsinə səsvermə növbəti dəfə təxirə salınıb. 

Qəzza zolağında "HƏMAS-ı məhv etmək" məqsədi ilə hava və quru əməliyyatları həyata keçirən İsrailin hücumlarında mülki itkilərin sayı 20 minə yaxınlaşıb.

Öldürülənlərin əksəriyyəti qadın və uşaqlar olsa da, hücumlarını davam etdirən İsrail HƏMAS tərəfindən qaçırılan 129 girovu hələ də xilas edə bilməyib. Girovların bəziləri təsadüfən İsrail əsgərləri tərəfindən öldürülüb. 

İsrailin blokadası altındakı əməliyyatların hədəfi olan Qəzzaya atəşkəs elan etmək və humanitar yardım çatdırmaq üçün diplomatik cəhdlər BMT Təhlükəsizlik Şurasında uğursuz olub. 

ABŞ Daimi Nümayəndəsinin müavini Robert Vud, "Qətnamə layihəsi üzərində hələ də digər aktyorlarla işləyirik. Hazırda harada olduğumuzu deyə bilmərəm, bu gün keçiriləcək danışıqlara nəzər salacağıq" dedi. 

Günel Məlikzadə
Fins.az