DÜNYA

18 Dekabr

Misirdə Sisi yenidən prezident seçilib

Misirin Milli Seçki Təşkilatı hazırkı prezident Əbdülfəttah əs-Sisinin yenidən prezident seçildiyini açıqlayıb.

Fins.az xəbər verir ki, Milli Seçki Şurasının sədri Hazim Bədəvi hazırkı prezident Sisinin 2030-cu ilə qədər davam edəcək yeni müddətə yenidən seçildiyini bildirib.

Sisinin 89,6 faiz səs aldığını qeyd edən Bedevi prezident seçkilərində 44,7 milyon seçicinin səs verdiyini, iştirak nisbətinin isə 66,8 faiz olduğunu bildirib.

Günel Məlikzadə
Fins.az