DÜNYA

18 Dekabr

Putindən Baydenə hücum cavabı

ABŞ Prezidenti Bayden Rusiyanın bu ayın əvvəlində Ukraynada uğur qazansa NATO ölkəsinə hücum edəcəklərini iddia etdi.

Fins.az xəbər verir ki, Rusiya PrezidentiVladimir Putin ABŞ prezidentinin bu sözlərini "Mənasız" adlandırır. “Rusiyanın NATO ölkələri ilə mübarizədə nə iqtisadi, nə siyasi, nə də hərbi marağı yoxdur”, - Putin bildirib.

Rusiya lideri Baydeni Rusiya ilə bağlı yanlış siyasətinə haqq qazandırmağa çalışmaqda ittiham edib.

NATO müqaviləsinin 5-ci maddəsinə əsasən, alyansın hər hansı üzv ölkəsinə hücum bütün üzvlərə hücum hesab olunur.

Günel Məlikzadə
Fins.az