Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukraynada sülh yalnız “Kiyevin neytrallığı”, “silahsızlaşdırma” və “demilitarizasiya” ilə mümkün ola bilər.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, “Ukrayna üçün hədəflərin dəyişmədiyini” və mövcud vəziyyətin “məqsəd əldə olunana qədər” davam edəcəyini vurğulayan Putin, Moskvada keçirilən illik mətbuat konfransında “Sizə nə haqqında danışdığımızı xatırlatmaq istərdim: tərksilah, Ukraynanın demilitarizasiya və neytrallıq statusu” dedi.
Moskva “neytrallıq” dedikdə Kiyevin NATO hərbi alyansına qoşulmadığını nəzərdə tutur.
"Məqsədlərimizə çatanda sülh olacaq" dedi və davam etdi:
"Demilitarizasiya məsələsinə gəlincə, əgər onlar razılığa gəlmək istəməsələr, biz müxtəlif tədbirlər, o cümlədən hərbi həll yolları görməli olacağıq. Yaxud da müəyyən şərtlərlə razılaşacağıq. Biz İstanbulda danışıqlar zamanı bunları razılaşdırdıq. Lakin bu razılaşmalar sonradan dayandırıldı”.
"Başqa imkanlar da var" deyən Putin, "Ya razılaşacağıq, ya da güc yolu ilə bu məsələni həll edəcəyik. Bunun üçün çalışacağıq".
Putin iddia edib ki, Rusiya iqtisadi sanksiyalara, Ukraynadakı müharibəyə və Qərblə qarşıdurmaya baxmayaraq, “irəli getmək” üçün kifayət qədər əmindir.
İqtisadiyyatın xarici sanksiyalara qarşı müqavimətinə gəlincə, o, ölkəsinin “Rusiya cəmiyyətinin güclü konsolidasiyası”, “maliyyə-iqtisadi sisteminin sabitliyi” və “Rusiyanın hərbi potensialının artması” sayəsində “kifayət qədər təhlükəsizlik marjasına” malik olduğunu bildirib".
Günel Məlikzadə
Fins.az