DÜNYA

17 Dekabr

İranlılar 8 ildən sonra ilk dəfə Ümrə üçün Səudiyyə Ərəbistana gedə biləcəklər

Tehran və Ər-Riyad diplomatik münasibətləri bərpa etdikdən sonra iranlılar ilk dəfə Ümrə üçün Səudiyyə Ərəbistanına gedə biləcəklər.

Fins.az xəbər verir ki, İranlı zəvvarlar son səkkiz ildə ilk dəfə dekabrın 19-dan Səudiyyə Ərəbistanına müntəzəm səfərə başlayacaqlar. 

Yarı rəsmi Fars xəbər agentliyi İranın 10 hava limanından havaya qalxacaq təyyarələrin il boyu Səudiyyə Ərəbistanında Məkkəyə Ümrə ziyarətinə gedəcək iranlıları daşıyacağını açıqlayıb. 

Bu addım Körfəzdə neft hasil edən iki rəqib arasında münasibətlərin normallaşmasının əlaməti hesab olunur. 

2016-cı ildən iranlılar yalnız Səudiyyə Ərəbistanına həcc ziyarətinə gedə bilirdilər.

İranlılar artıq ilin istənilən vaxtında edilə bilən “kiçik həcc” kimi tanınan Ümrəni başa vura biləcəklər.

Günel Məlikzadə
Fins.az