DÜNYA

14 Dekabr

Aİ liderləri Ukraynanı dəstəkləmək üçün bir araya gəlib: Bütün gözlər Macarıstanın baş naziri Viktor Orbandadır

Bu gün Avropa İttifaqı (Aİ) liderlərinin iki günlük sammiti başlayır. Sammitdə Ukraynaya maliyyə yardımı və Aİ-nin Ukrayna ilə danışıqlara başlaması ilə bağlı qızğın müzakirələrin aparılacağı gözlənilir.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna sammitdən nəsə almaq istəsə, Macarıstanın baş naziri Viktor Orbanın könülsüz dəstəyinə ehtiyacı olacaq.

Orban Ukraynanın Aİ-yə daxil olmasına və yardım tələblərinə qəti şəkildə qarşı çıxıb. O, sammitdən əvvəl Macarıstan parlamentindəki çıxışında deyib: “Biz Avropada sağlam düşüncənin səsiyik".

Orban deyib ki, müharibə, korrupsiya və macar azlığına qarşı pis rəftar Kiyev hökumətinin tezliklə Aİ-yə üzv olmasına mane olur.

Brüsseldə keçiriləcək iki günlük sammitin gündəliyinə Ukraynaya rəsmi danışıqlara başlamaq üçün simvolik dəvət, həmçinin 2024-cü ilə qədər Ukrayna iqtisadiyyatına dəstək üçün 54 milyard avroluq Aİ vəsaiti və 24 milyard avro hərbi dəstək vədi daxildir.

Günel Məlikzadə
Fins.az