DÜNYA

16 Dekabr

"Cinayətkarların mövcudluğu ilə mübarizə" üçün Aİ-dən addım

Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən Aİ-də cinayət yolu ilə əldə edilən gəlirlərin dondurulması və müsadirəsi ilə bağlı yeni qanunla bağlı razılığın əldə edildiyini açıqlayıb.

Fins.az xəbər verir ki, mütəşəkkil cinayətkarlıqla və qeyri-qanuni qazancla daha da mübarizə aparılacaq. Cinayət aktivlərinin izlənilməsi, müəyyən edilməsi, dondurulması, müsadirəsi və idarə olunması ilə bağlı ümumi Aİ qaydaları tətbiq olunacaq.

Üzv dövlətlər cinayət pullarının izlənməsi, dondurulması və idarə olunması ilə məşğul olan qurumlarının kifayət qədər maliyyə, texniki və texnoloji resurslara malik olmasını təmin etməli olacaqlar.

Yeni qaydalar Aİ-nin cinayət hüquqpozmalarının müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin pozulmasına görə cəzalar haqqında reqlamentinin qəbulu ilə yanaşı, sanksiyaların pozulmasına da şamil ediləcək.

Günel Məlikzadə
Fins.az