DÜNYA

13 Dekabr

Argentina pesosu dollar qarşısında 50%-dən çox devalvasiyaya uğrayacaq

Argentina mətbuatında çıxan xəbərlərdə hökumətin pesonu dollar qarşısında 54 faiz dəyərdən salacağı, həmçinin enerji və nəqliyyatda subsidiyaları azaldacağı bildirilirdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, təxminən 365.50 Argentina pesosu olaraq qeydə alınan dolların məzənnəsinin 800 peso-nu keçəcəyi gözlənilir.

Argentinanın yeni prezidenti Xavier Mileinin İqtisadiyyat naziri Luis Kaputo sosial mediada verdiyi açıqlamada ciddi maliyyə böhranı ilə mübarizə apardıqlarını və bunun aradan qaldırılması üçün bəzi tədbirlər gördüklərini bildirib.

Kaputo enerji və nəqliyyat subsidiyalarının azaldılacağını vurğulayaraq, "Enerji və nəqliyyat üçün subsidiyaları azaldacağıq. Bu gün dövlət subsidiyalar vasitəsilə enerji və nəqliyyat qiymətlərini çox aşağı saxlayır" dedi. dedi.

Ölkəni "çətin günlər gözlədiyini" vurğulayan Kaputo, "Bir neçə ay xüsusilə inflyasiya baxımından daha da pis olacağıq. Belə davam etsək, hiperinflyasiyaya gedəcəyimizdən şübhəniz yoxdur" dedi. 

İqtisadiyyat naziri Kaputo ölkədə yoxsulluğun 40 faiz səviyyəsində olduğunu xatırladıb və hökumətin ən həssas sektorlar üçün yeni sosial yardım proqramları elan edəcəyini qeyd edib.

Günel Məlikzadə
Fins.az