DÜNYA

13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək üçün addımlar atacaq

Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Vera Jourova Strasburqda keçirdiyi mətbuat konfransında Rusiyanın müharibə səbəbindən dondurulan aktivləri ilə bağlı açıqlama verib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, “Aİ Komissiyası Rusiya Mərkəzi Bankının aktivlərindən gözlənilməz fövqəladə gəlirlərin immobilizasiyası ilə bağlı təklifləri qəbul edib”, - deyən Jourova təklifin qüvvəyə minməsi üçün Aİ ölkələri tərəfindən təsdiqlənməlidir.

Jourova xatırladıb ki, oktyabrda keçirilən Aİ Liderlərinin Sammitində Komissiyaya Rusiya aktivləri ilə bağlı işlərin sürətləndirilməsi tapşırılıb.

Aİ ölkələri tərəfindən yekdilliklə təsdiq edilməli olan təklifin təfərrüatları hələlik rəsmi olaraq paylaşılmayıb.

Aİ rəsmiləri aylardır dondurulmuş aktivlərin hüquqi və maliyyə aspektlərini və bu aktivlərdən əldə edilən gəlirlərin sahibinin razılığı olmadan istifadəsini müzakirə edir.

Günel Məlikzadə
Fins.az